UEFA Avro 1984

UEFA Avro 1984
Yarış məlumatları
Ev sahibi Fransa Fransa
Tarix 12-27 iyun 1984
Başlama tarixi 12 iyun 1984
Bitmə tarixi 27 iyun 1984
Komanda sayı 8
Stadion sayı Park de Prens (Paris)
Feliks Bollar (Lans)
Stad de Jerlan (Lion)
Velodrom (Marsel)
Bojuar (Nant)
Joffrua Gişar (Sent-Etyen)
La Meno (Strasburq)
Yekun nəticəsi
Çempion  Fransa
İkinci  İspaniya
Üçüncü yer  Portuqaliya
 Danimarka
Yarış statistikası
Oyun sayı 15
Qol sayı 41 (matç başına: 2.73)
Tamaşaçı sayı 599669 matç başına: 39978
Mükafat sahibləri
Bombardir(lər) Fransa Mişel Platini (9 qol)
1980
1988
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 7-ci Avropa çempionatı — final turniri 1984-cü il 12-27 iyun tarixində Fransanın yeddi şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. Fransa millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın qalibi də elə Fransa millisi olmuşdur.

Əvvəlkilərlə müqayisədə bu çempionatın keçirilmə sxemində bəzi dəyişikliklər edilmişdir: 8 komanda yenə də əvvəlki kimi iki qrupda mübarizə aparsa da, bu qruplarda ilk iki yeri tutan komandalar sonradan öz aralarında 1/2 oyunları keçirmişlər. Bu çempionatdan etibarən üçüncü yer uğrunda oyun da ləğv edilmişdir.

Çempionat, tarixində ilk dəfə beynəlxalq turnirin qalibi adını qazanmış Fransa millisinin ("Muşketyorlar yığması") və 5 oyunda rəqiblərinin qapısından 9 qol keçirmiş Mişel Platininin benefisi olmuşdur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search